Yazını böyüt
Yazını kiçilt
Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində ünvanların birindən silah-sursat aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a bildiriblər ki, bağlamada iki ədəd avtomat silahı, bir ədəd “Mauzer” markalı tapança, 97 ədəd patron və 2 ədəd patron darağı olması müəyyənləşdirilib.
Faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.